8 Mart "Beynəlxalq Qadınlar" Bayramı Günüdür.
07.03.2017-ci il tarixində Xəzər rayon 323 №-li tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Həmkarlar İttifaqı təşkilatı tərəfindən bayram tədbiri təşkil edildi. Tədbirdə məktəbin bütün qadın işçiləri iştirak etdi. Bayram tədbirini məktəb Həmkarlar İttifaqı Təşkilatının Sədri Cəfər Ələsgərov açaraq iştirakçıları 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik etdi. Sonra məktəbin direktoru İbrahimova Ruhiyyə 8 Mart Qadınlar bayramı münasibəti ilə bütün qadınları təbrik edərək onlara işlərində uğurlar və can sağlığı arzuladı. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr etmiyə bilmərik.Sonda məktəb Həmkarlar İttifaqı Təşkilatının Sədri Cəfər Ələsgərov qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə iştirak edən qadınlara məktəb Həmkarlar İttifaqı təşkilatının hədiyyələri təqdim olundu.Əziz Qadınlar!Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə xöşbəxtlik, möhkəm can sağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirik!