HƏMKARLAR İTTİFAQI TƏŞKİLATININ İŞİ
03.03.2017-ci il tarixində ATİAHİK-nın Xəzər rayon 323 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirildi. İclasda məktəbin Həmkarlar İttifaqı üzvüləri iştirak etdilərİclası ilk Həmkarlar İttifaqı təşkilatının sədri açdı.2015-2017-ci ildə Həmkarlar təşkilatının gördüyü işlər haqqında Cəfər Ələsgərov hesabat verdi.Məktəbin direktoru İbrahimova Ruhiyyə bildirdi ki Həmkarlar İttifaqı komitəsi işçilətin hüquqlarını qoruyan təşkilatdır. Onuda bildirdi ki, məktəbin Həmkarlar İttifaqı təşkilatının sədri məktəbin hər bir işinə yaxından köməklik edir.Əsgərov Vahid müəllim öz çıxışında bildirdi ki, Həmkarlar ittifaqı təşkilatının sədri Cəfər Ələsgərov işlədiyi vaxtdan bu günə kimi hər bir işçinin qayğısına qalır, işçiyə maddi və mənəvi köməklik göstərir.Buna görədə məktəb Həmkarlar İttifaqı təşkilatının işini qənaət bəxş hesab etməliyik.