"Kern-Yerasek" metodikasının tətbiqi testi keçirilib

03.10.2024-cü il tarixində məktəbin psixoloqu Məlahət Qasımlı Fəaliyyət planına əsasən 1"A" sinfində "Kern-Yerasek"  metodikasının tətbiqi testi keçirildi.  Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq insan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanıldı.
   Testin keçirilməsində əsas məqsəd şagirdlərin intellektual bilik səviyyəsini yoxlayaraq təlimdə geri qalan uşaqların sayını müəyyənləşdirmək və onlarla qrup və ya fərdi şəkildə psixokorreksiya işlərini apararaq bilik səviyyəsini yüksəltməkdən 
o cümlədən, şagirdlərdə  sensomotor qabiliyyətlərin qiymətləndirilməsi,  oxşada bilmə bacarığının qiymətləndirilməsi və incə motorikanın və ixtiyari diqqətin müəyyənləşdirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi