Beynəlxalq Biomüxtəliflik Günü qeyd olundu

22 may- Beynəlxalq Biomüxtəliflik Günü qeyd olundu.
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan tədbirlər çərçivəsində 21.05.2024-cü il tarixində məktəbin  
 7"A" sinfində  Biomüxtəliflik Günü qeyd olundu.
Məktəbin biologiya müəllimi Esmira İbrahimova öncə bu günün təsis olunması və məqsədləri haqqında məlumat verdikdən  sonra sinif şagirdlərindən Əhmədzadə Əli, Əhmədova İlahə, Babayev Tunar, Məmmədzadə İbrahim, Mahmudzadə Hüseyn, Alxanlı Cəsur, Gərayev Ramil, Rəcəbova Firuzənin Yer kürəsinin, o cümlədən Azərbaycanın biomüxtəlifliyinin qorunması, ölkəmizdə endemik və nadir bitki və heyvan növlərinin sayının bərpası üzrə  görülən işlərdən bəhs edən çıxışları dinlənildi.
Bu günün qeyd edilməsində əsas məqsəd şagirdlərin diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi