11.11.2016-cı il tarixində tarix müəllimi Qasımov Hikmət müəllim Konstitusiya gününə həsr olunmuş dəyirmi masa keçirildi. Burada şagirdlərə əvvəlcə konstitusiyanın ölkəmizi tam demokratik cəmiyyətə aparması haqqında məlumat verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.Ölkəmizdə həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.