18 oktyabr Dövlət Müstəqilliyi günü
18.10.2016-cı il Azərbaycan tarixinin ən mühüm günlərindən biri 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü Respublikamızın hər yerində qeyd olunduğu kimi Xəzər rayon 323 nömrəli tam orta məktəbdə də qeyd olundu.XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.