Laçın rayonunun işğalından 24 il keçir

Bu gün Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il keçir. 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonunu işğal etdilər.Məktəbimizdə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru İbrahimova Ruhiyə çıxış edərək bildirdi ki,torpaqlarımızın işğal edilməsi nəticəsində yüzlərlə qəhrəman övladlarımız şəhid olublar Allahdan onlara rəhmət diləyirik tezliklə düşmən əsarətində olan torpaqlarımız qəhrəman əsgərlərimizin sücayəti nəticəsində azad oluncaq.Sonra çıxış üçün sözü Laçın rayonundan məcburi köçgün müharibə veteranı Əsgərov Vahid müəllimə verildi. O öz çıxışında Laçın rayonunun tarixi və mədəniyyəti haqqında qısa məlumat verərək özünün Laçın həsrətini belə ifadə etdi.Qarış-qarış o gəzdiyim yer hanı?Qara bağım, qibləgahım, pir hanı?Aç gözünü, itirdiyin gör hanı,Laçınlı Laçınsız yaşamaz axı!Sonra tədbir şagirdlərin vətənpərvərlik haqqında ədəbi bədii kompozisiyası ilə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi