Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr edilmiş tədbir keçirildi

Bu günlərdə Azərbaycanın hər yerində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü təntənə ilə qeyd edilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır.Mayın 10-da Bakı şəhər 323 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir keçirildiTədbirdə əvvəlcə məktəbin direktoru İbrahimova Ruhiyyə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş məlumat verdi.Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etdi, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışdı. Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi,Təhsil sahəsinə də diqqət və qayğı göstərirdi. Heydər Əliyev müəllim adını yüksək qiymətləndirirdi. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.Təhsil millətin gələcəyidir. Mən dünyada müəllimdən yüksək ad tanımıram.Sonra tədbir şagirdlərin Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirləri ilə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi