Dünyanın bəlasından uzaq ol

Məktəbimizdə "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, 9, 10, 11- ci sinif şagirdləri və aşağıdakı qonaqlar iştirak etmişlər: Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyyətlə iş üzrə böyük köməkçisi polis polkovniki Əli Vəliyev, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis polkovniki Zaur Fətəliyev, Bakı Şəhər Baş Polis idarəsinin bölmə rəisi, polis polkovnik- leytenantı Məryəm Ömərova, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Vüqar Nəcəfov, Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Rasim Namazov, Xəzər Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktik İşinin Təşkili Bölməsinin inspektorları: polis kapitan Sadıq Məmmədov və polis leytenantı Xəyalə Həsənova. Şagirdlər arasında "Narkomaniyaya yox deyək" mövzusunda rəsm müsabiqəsi keçirilmiş və sərgi təşkil olunmuşdur. Tədbirdə hər bir çıxış edənlər şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırmışdır. Narkomaniyanın törətdiyi fəsadlar bir- bir sadalanmışdır. Narkomaniya- ümid və arzuların məhv olmasıdır. Narkomaniya- ölümə gedən ən qısa yoldur. Gəlin sağlam gələcək naminə bu yoldan çəkinək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi