Son Zəng tədbiri

Məktəbimizdə 14.06.2025 - ci il tarixində Son Zəng tədbiri keçirilib.
Son zəng tədbirini məktəbin direktoru Taleh müəllim Şahbazov açaraq 11-ci sinif şagirdlərini təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb.
Son zəng tədbirində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sektor müdiri İlhamə Qasımzadə Yılmaz Sultan qızı, Xəzər rayonu İcra Hakimiyyətinin şöbə müdiri Babək Mehdiyev, Buzovna Qəsəbə Nümayəndəliyinin müavini Vüqar Sadıqov, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim iştirak edərək, məzunları təbrik ediblər.
Məzunlar öz milli rəqsləri və vətənpərvərlik ruhunda olan mahnı və şeir nümunələri ilə çıxış ediblər.