Ailəm və məktəbim

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubuna əsasən məktəbimizdə " Ailəm və məktəbim " layihəsi çərçivəsində tədbir keçirilib. 6D sinif rəhbəri Namiqsoy Ayselin təşkilatçılığı və valideynlərin iştirakı ilə panel formatında görüş keçirilib.
Görüşdə şagirdlər valideynlərinə suallar verdilər, ürək sözlərini dedilər. Daha sonra isə övladımı nə qədər tanıyıram oyunu keçirilib.