Dəyərlərimizi qoruyaq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən tərtib olunan tədbirlər planına uyğun olaraq məktəbimizdə “ Dəyərlərimizi qoruyaq ” layihəsi çərçivəsində maraqlı və maarifləndirici ekskursiya təşkil edilmişdir. Layihənin əsas məqsədi şagirdlərdə milli - mənəvi dəyərlərə hörmət, tarixi irsimizə bağlılıq hissini gücləndirmək olmuşdur.
Ekskursiyada 2 və 3 - cü sinif şagirdləri iştirak etmiş, onlar müəllimlərinin və bələdçinin müşayiəti ilə Şirvanşahlar sarayı, Qız qalası və Qobustan qayaüstü rəsmlər qoruğunu ziyarət etmişlər. Şagirdlər Azərbaycanın qədim tarixi, mədəni irsi və memarlıq abidələri haqqında ətraflı məlumat almış, müxtəlif dövrlərə aid maraqlı faktlarla tanış olublar.