Bullinqə yox deyirik!

     Bullinqə yox deyirik! Məktəbimizdə 6 - 10 aprel 2025 - ci il tarixlərində psixoloq Rəna Əliyeva “ Bullinqlə mübarizə ” həftəsi təşkil edib. Həftə çərçivəsində məktəblilərlə bu mövzuda söhbətlər edilib, bullinq, bulliqin növləri, bu hal baş verdikdə uşağın nə etməli olduğu haqqında sinif müzakirələri aparılıb.

    Şagirdlərə bullinq qurbanına necə yardım göstərə biləcəkləri haqqında ipucları verilib. Həmçinin sinif yoldaşları ilə münasibət qurmaqda çətinlikləri olan məktəblilərlə fərdi - tərbiyəvi söhbətlər, kiçikyaşlı məktəblilərlə onların yaş xüsusiyyətləri nəzərə alaraq bu mövzunu daha yaxşı mənimsəmələri üçün “ İtələmək gülməli deyil ” adlı nağıl saatları təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi