Əsrin faciəsi

20 – ci əsrin faciəsi olan “ Xocalı Faciəsi ” erməni vəhşiliyinin nümunələrindən biridir. Azərbaycan xalqının mübarizə əzmini qırmaq, qorxu xofu yaratmaq üçün hər bir iyrənc vəhşiliyə əl atan düşmənimiz 1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə kütləvi qətliam etsə də, xalqımızın mübarizə əzmini sındıra bilmədi.
Hazırda Xocalı şəhərində Ali Baş Komandan İlham Əliyevin ucaltdığı Azərbaycan bayrağı dalğalanır.
Məktəbimizin tarix müəllimi Şəbnəm Hüseynovanın təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş ədəbi – bədii tədbir keçirilib.
Tədbirdə məktəbin direktor müavinləri və müəllimlər iştirak ediblər.
Şagirdlər Xocalı faciəsi haqqında məlumat verib, hazırladıqları kompozisiyaları və videorolikləri nümayiş etdiriblər.