Beynəlxalq Kitab Bağışlama Günü

        Məktəbimizdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar kitabxana müdiri Günay Hüseynova və kitabxanaçı Jalə Vəliyevanın təşkilatçılığı ilə "Oxucu Benefisi" keçirildi. Tədbirdə məktəbimizin direktor müavinləri və Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, kitabxanamızın fəal oxucuları olmuş və yüksək balla universitetə qəbul edilən Selcan və Mətanət Həsənova bacıları şagirdlərlə görüşdülər. Onlar mütaliənin uğura aparan yol olduğunu vurğulayaraq, oxu təcrübələrini bölüşdülər və şagirdlərin suallarını cavablandırdılar.

        Tədbirin ən təsirli məqamlarından biri illər əvvəl şagirdlərin öz gələcəklərinə yazdığı məktubların oxunması oldu. Arzularının gerçəkləşdiyini, hədəflərinə çatdıqlarını görmək hər kəsi duyğulandırdı. Xüsusilə, Qarabağı azad görmək və orada həkim və riyaziyyat müəllimi olmaq istəyən şagirdlərin məktubları dərin təsir bağışladı.

        Tədbirin sonunda kitab bağışlama aksiyası keçirildi. Şagirdlər, müəllimlər və kitabsevərlər kitabxanamıza yeni kitablar bağışladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi