Erkən nikaha yox deyirik!

   29 noyabr 2024-cü il tarixində 8-9cu sinif qızları üçün "Erkən nikaha yox deyək" adlı maarifləndirmə tədbiri keçirildi.Çıxış edən məktəbin psixoloqu Könül Ağayeva bildirdi ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır.Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.K.Ağayeva bildirdi ki, əvvəlki illərdə məktəb rəhbərliyi  azyaşlıların ailə həyatı qurmalarının qarşısını almışdır.

   Valideynlər bilməlidirlər ki, erkən nikaha məcbur etmə cinayət tərkibi yaradır.K.Ağayeva həmçinin bildirdi ki, valideynlərlə bu mövzuda mütəmadi olaraq maarifləmdirmə işləri aparılır.Qızlar bilməlidir ki, dövlətimiz və qanunlarımız  hər zaman onlara dəstəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi