Fəal Məktəb Birliyi
25 oktyabr 2024-cü il tarixində 321 nömrəli tam orta məktəbdə yeni layihənin təqdimatı keçirildi.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nağılı Lalənin təsis etdiyi "Fəal Məktəb Birliyi " komitəsi məktəbdənkənar və sinifdənxaric bir orqan olaraq şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün özündə bir neçə sektoru ehtiva edəcək.İncəsənət, idman, 1-8-ci siniflərlə iş, ekskursiyaların təşkili, valideynlərlə əməkdaşlıq, olimpiadalara hazırlıq, KİV ilə əlaqə komitənin fəaliyyət istiqamətlərinə daxildir.Komitənin qarşıya qoyduğu hədəflərlə tədbir iştirakçılarını tanış edən Nağılı Lalə bildirdi ki, layihənin digər məktəblərdə də reallaşması arzuolunandır.
Məktəbin direktoru Vasif Musayev komitə üzvlərini təbrik edərək bildirdi ki,onların həyata keçirəcəkləri layihə məktəbimizin və qəsəbəmizin sosial həyatına böyük töhfələr verəcəkdir.Müəllimlərimizin də bu səmərəli işə dəstək olmalarına ümid etdiyini bildirən V.Musayev hər kəsə uğurlar arzu etdi.