Müstəqilliyimiz əbədidir
18 oktyabr 2024-cü il tarixində 321 nömrəli tam orta məktəbdə tarix müəllimi İlahə Əliyeva tərəfindən 9-cu sinif şagirdləri üçün "Müstəqilliyimiz Əbədidir" mövzusunda dərs təqdim olundu.Şagirdlərə bildirildi ki, dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir.Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması,Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə müstəqilliyimiz daha da möhkəmlənmişdir.Azərbaycan xalqı ilk dəfədir ki, bu bayramı tam fərqli olaraq,öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.Azərbaycan xalqı 30 illik yurd həsrətindən sonra, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, işğal dövrünə son qoydu.
Dərsin sonunda şagirdlər bildirdilər ki, gələcəkdə igid əsgər kimi Vətənin ərazi bütövlüyünü qoruyacaq,Müstəqilliyimizin əbədi olması naminə çalışacaqlar.