İcma əsaslı məktəbəqədər təhsil qrupunun valideynləri ilə görüş
25 sentyabr 2024-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən İcma əsaslı məktəbəqədər təhsil qruplarının valideynləri ilə iclas keçirildi.2024-2025 tədris ili üçün nəzərdə tutulmuş 3 qrup tərbiyəçi müəllimin birlikdə təşkil etdiyi valideyn iclası çox əhəmiyyətli və məlumatverici xarakter daşıyırdı.İclasda məktəbin psixoloqu da iştirak edib, 3-4 yaşlı uşaqların psixologiyası haqqında valideynlərə dolğun məlumat verdi.Bunda başqa valideynlər il ərzində uşaqlarına tədris olunacaq mövzular, layihələr barədə də tanış olublar. Eyni zamanda valideynlərə əvvəlki illərdə qarşılaşdığları problemlərin aradan qaldırılması üçün maarifləndirici söhbətlər aparıb,onların suallarını cavablandırdılar.