Ekoloji terrorla mübarizə

   19 sentyabr 2024-cü il tarixində tarix müəllimi İlahə Əliyeva  8ç sinfində"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji  terror" adlı dərs təqdim etdi.

   Müəllim bildirdi ki, 2020-ci ildə baş verən 44 günlük  Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu.Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb.Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb.Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törədib.Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib.Bu isə olduqca təhlükəli bir amildir.44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə, beynəlxalq qanunlar qarşısında cavab verməlidir.Torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib.Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilməkdədir.İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi