Məhəmməd Füzuli-530

   07 iyun 2024-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə "Füzuli poeziyasının işığında" adlı ədəbi-bədii gecə keçirildi. Azərbaycanın dahi şairi və mütəffəkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş tədbirdə məktəbin direktoru Könül Hüseynova, Azərbaycan dili və ədəbiyyat müəlllimləri Nağılı Lalə və Nağılı Cavid  şairin əsərlərini söylədilər.Daha sonra 5ç sinif şagirdlərinin ifasında " Meyvələrin söhbəti" əsərii təqdim edildi.9a sinif şagirdlərinin təqdim etdiyi Leyli və Məcnun isə bütün izləyicilər tərəfindən heyranlıqla qarşılandı.Əsmayənin Leylisinin faciəvi ölümü, Abdullanın Məcnununun  nakam məhəbbəti  hamını kövrəltdi.Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən  ədəbi-bədii  gecənin təşkilatçısı  Nağılı Laləyə  təşəkkür  edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi