Əbədi Müstəqilliyimiz və Yaşıl dünya naminə həmrəy olaq
24 may 2024-cü il tarixində 321 nömrəli tam orta məktəbdə 28 may Müstəqillik Günü və Yaşıl dünya naminə Həmrəylik İlinə həsr olunmuş tədbir keçirildi.Tədbir YAP Qaradağ Rayon Təşkilatı ilə birlikdə təşkil olunmuşdu.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış etdi.O bildirdi ki, XX yüzilliyin sonunda yenidən müstəqilliyə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.Çıxışında Azərbaycanın dövlətçilik tarixinin bütün mərhələlərinə toxunan Q.Əliyev onu qeyd etdi ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilmişdir.Cümhuriyyətin süqutundan düz 75 il sonra hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdi, qoruyub saxladı.Bu gün Heydər Əliyev irsinin davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Çıxış edən aparıcılar qeyd etdilər ki, COP 29 beynəlxalq konfransı gələn il Azərbaycanda, Bakıda keçiriləcəkdir.Bu qərarın bütün dünya ölkələri tərəfindən verilməsi Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərilməsinin bariz nümunəsidir.
Daha sonra tədbirdə 321 nömrəli tam orta məktəbin Xor, Təbiət, Bitkilər, Rəsm və Voleybol dərnəyinin üzvləri maraqlı konsert proqramı ilə çıxış etdilər.Voleybolçu qızların "Qarabağ" kompozisiyası, Rəssam qızların fləşmobu,Təbiət dərnəyi qızlarının "Lalələr" rəqsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı."Bitkilərə qulluq" dərnəyi üzvləri isə dahi Azərbaycan şairi Məhəmməd Füzilinin "Meyvələrin söhbəti" əsərini səhnələşdirmişdilər.XOR dərnəyi üzvləri "Şən Azərbaycan" mahnısını ifa etdilər.Bu gün 223 və 195 nömrəli tam orta məktəblər də "Yaşıl dünya naminə" bizimlə həmrəy olduqlarını nümayiş etdirdilər.Həmin məktəbin istedadlı şagirdləri Leyla,Ömər və Əlkərim vətənimiz Azərbaycan haqqında mahnılar ifa etdilər.Daha sonra məktəbimizin şagirdi Vüqar "Canım qurban Azərbayan" şeirini söylədi.Bütün iştirakçılar Azərbaycan bayrağının rənglərini əks etdirən şarları səmaya uçurdular.
Tədbirin sonunda məktəbin direktoru Könül Hüseynova bütün iştirakçılara və qonaqlara öz təşəkkürünü bildirdi.