Tarixi abidələr günü

Bu gün 321 nömrəli məktəbin bir qrup müəllim və şagird heyəti Qobustan Dövlət Tarix və Bədii Qoruğunda təşkil olunan sərgidə oldular.18 Aprel -Beynəlxalq Abidələr və Tarixi yerlər günü münasibətilə təşkil olunan tədbirdə xarici qonaqlar və turistlər də iştirak edirdi.
Bu əlamətdar gün UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin,Azərbaycanın 1-ci vitse-prezidenti ,H.Əliyev fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər birimizə gözəl örnəkdir.