İdman növləri-Futbol
İdman həftəsinin ilk günündə məktəbin fiziki tərbiyə müəllimləri Mehdiyev Rəşid və Eminov Vüqar 7-ci sinif şagirdləri ilə görüşüb futbol idman növü haqqında ətraflı məlumat verdi.Bildirdi ki, dünyanın 200-dən çox ölkəsində 250 milyon insan tərəfindən oynanılan futbol ən populyar idman növüdür.
Daha sonra müəllimlər şagirdlərin Qarabağ futbol komandasının yaranma tarixi, uğurlu oyunları haqqında suallarını cavablandırdılar.Məktəbin futbol dərnəyinin rəhbəri Rəşid Mehdiyev dərnək üzvlərinin fiziki hazırlığından, iştirak etdikləri yarışlar haqqında da məlumat verdi.
#BədənTərbiyəsivəİdmanGünü