İdman həftəsi-Səhər gimnastikası
Ötən tədris ilində olduğu kimi cari tədris ilinin 1-7 mart tarixində İdman həftəsi keçirilir.İdman həftəsinin ilk gününü səhər gimnastikası ilə başladıq.Fiziki tərbiyə müəllimləri Fəridə Bayramova, Vüqar Eminov, Rəşid Mehdiyev və Türkan Nəzərli şagirdlərə səhər gimnastikası nümunələri təqdim etdilər.
Qısamüddətli idman damarlarda qanın daha sürətlə axmasına, oynaqların açılmasına, əzələlərin möhkəmlənməsinə kömək edir. Həmçinin səhər gimnastikası insanda xoş əhval-ruhiyyə, yaxşı oxumaq və hərəkət etmək həvəsi oyadır.
#BədənTərbiyəsivəİdmanGünü