Analar və məktəb

   14 fevral 2024-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə bir qrup valideynlə görüş təşkil edildi.14 fevral - Beynəlxalq kitab bağışlama Günü ilə əlaqədar təşkil edilmiş görüşdə davranışı,istedad və qabiliyyətləri ilə fərqlənən bəzi  şagirdlərin analarına kitablar və təşəkkür məktubları təqdim edildi.Məktəbin direktoru Könül Hüseynova görüşün təşkilatçısı Lalə müəllimə təşəkkür etdi.Bildirdi ki,məktəbimizdə vaxtaşırı olaraq valideynlərlə görüşlər keçirilir.Bu görüşlərin keçirilməsində əsas məqsəd məktəb və valideyn arasında əməkdaşlığın səmərəliliyini artırmaqdan ibarətdir.Hər bir valideyn övladının  uğurlarının və nümunəvi davranışının memarıdır.
   Tədbirin sonunda valideynlər göstərilən diqqət və qayğıya görə məktəbin direktoru Könül Hüseynovaya və Azərbaycan dili, ədəbiyyat müəllimi Lalə Nağılıya öz minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi