Məktəbdə növbədənkənar pedaqoji şura keçirildi
26 yanvar 2024-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə növbədənkənar pedaqoji şura keçirildi.Şuranın keçirilməsində məqsəd məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məsələsinin müzakirəsindən ibarət idi.Şuranın sədri Könül Hüseynova məktəbdə uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi,müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti haqqında məlumat verdi.O bildirdi ki,məktəbdə sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqət daha da artırılmalı,məktəb psixoloqonun risk qrupuna daxil olanlarla iş gücləndirilməlidir.Həmçinin məktəbin valideynlərlə və icma ilə əməkdaşlığı genişləndirilməlidir.Daha sonra müəllimlərin məsələ ilə bağlı çıxışları dinlənildi.İclasın sonunda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.