Şeir müsabiqəsi

   29 dekabr 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirildi.Müsabiqə xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.Heydər Əliyev ilinin yekun tədbiri məktəb rəhbəri Könül Hüseynova və Azərbaycan dili,ədəbiyyat müəllimi Lalə Nağılı tərəfindən təşkil edilmişdi.Müsabiqədə şagirdlərimiz Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.Münsiflər heyəti-şair Qorxmaz Kadusi,bədii qiraət ustası Daşqın Sabiroğlu,Azərbaycan dili və ədəbiyyat müəllimləri Lalə Nağılı,İradə İbrahimova və Gülər Səfərova şagirdlərin şeir söyləmək bacarığına qiymət verdilər.Fasilədə 11a sinif şagirdi Hüseynova Xanımın ifasında "Sən elə bir zirvəsən" və 5b sinif şagirdi Rəhimov Rafiqin ifasında saz havası səsləndi.

   Nəticələrə əsasən II yerləri  7a sinif şagirdi İnci və 6a sinif şagirdi Şəhanə,III yerləri 6b sinif şagirdi Leyla və 6ç sinif şagirdi Püruzə qazandılar.Yarışın qalibi isə 7a sinif şagirdi Minarə oldu.

   Şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevə həsr olunmuş ən yaxşı şeirlərin təbliğ olunması və şagirdlərin bədii qiraətə olan marağının inkişaf etdirilməsindən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi