Məktəbimizdə yeni layihə

   16 noyabr 2023-cü il tarixdə məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə valideynlər üçün "Payız məktəbi"  təşkil edildi.Layihənin açılışında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini,Agentliyin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva,idarənin müvafiq struktur bölmə rəhbərləri,məktəb direktorları müəllimlər,şagirdlər və valideynlər iştirak edirdilər.

   Psixoloqlar tərəfindən keçirilən təlimlərin gedişi ilə  tanış olan Mehriban xanım daha sonra "Payız məktəbi"  ilə bağlı təşkil edilmiş tədbirdə iştirak etdi.İstedadlı şagirdlərimizin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar qonaqlar tərəfindən rəğbətlə qarşılandı.

   Tədbirin sonunda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi