Zəfər Bayramı
07 noyabr 2023-cü il tarixdə 321 nömrəli məktəbdə 8 noyabr Zəfər gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.Müəllim və şagirdlərin iştirak etdiyi tədbirin fəxri qonaqları şəhid ailələri və qazilər oldu.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra Azərbaycan və Türk bayraqları meydana gətirildi.At belində əyləşən şagirdlərimiz Şakir və Fərqan böyük qürurla Azərbaycan və Türk bayraqlarını dalğalandırdılar.4a sinif şagirdlərinin nümayiş etdirdiyi fləşmob böyük maraqla qarşılandı.Tədbirdə 3a sinif şagirdləri, musiqi dərnəyinin üzvləri, 5-ci sinif şagirdləri çıxış etdilər.Hərbi rəhbər Azər Verdiyev öz çıxışında ulu Öndər Heydər Əliyevin vəsiyyətinin Ali baş komandan İlham Əliyev tərəfindən yerinə yetirildiyini,bu gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını,Dəmiryumruqla düşmənin məhv edildiyini qürurla qeyd etdi.Daha sonra şagirdlər Yaşa Azərbaycan mahnısının sədaları altında rəqs etdilər.
Tədbir Qarabağ Azərbaycandır! şüarı ilə tamamlandı.