Riyaziyyat-bilik yarışı
05 aprel 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə 5-ci siniflər arasında bilik yarışı keçirildi.Məktəbin riyaziyyat müəllimi Əhmədova Şeyda 5-ci siniflərdən təşkil etdiyi komandaları tədbir iştirakçılarına təqdim etdi.Daha sonra suallar səsləndi.Finala çıxan 5a və 5b sinfləri daha çətin sualların cavablarını səsləndirdilər.Beləliklə 5a sinfinin Viyet komandası yarışın birincisi oldu.Şagirdlərin cavablarını riyaziyyatçılar Azər Niftiyev və Şahnaz Süleymanova qiymətləndirdilər.
Məktəb rəhbəri Könül Hüseynova yarışın təşkilatçılarına və şagirdlərə öz təşəkkürünü bildirdi.