"Ulu öndər H.Əliyev- 100"- 4cü siniflər arasında bilik yarışı

   03 aprel 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə bilik yarışı keçirildi.4-cü siniflərin komandalarının iştirak etdiyi bilik yarışı  Ulu öndər H.Əliyevin 100 illiyinə həsr olunmuşdu.Azərbaycan dili,riyaziyyat,həyat bilgisi və ingilis-dili fənlərini əhatə edən yarış 2 mərhələdə keçirildi.Birinci mərhələ yazılı,ikinci mərhələ isə şifahi keçirildi.Müəllimlərdən ibarət münsiflər heyəti komandaların cavablarını qiymətləndirdilər.4ç sinfinin "Xarı bülbül" komandası yarışın qalibi oldu.
   Sonda məktəbin direktoru Könül Hüseynova bilik yarışını təşkil etdiyi üçün Təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmovaya və ibtidai sinif müəllimlərinə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi