31 mart Azərbaycanlıların soyqırımı günü
31 mart 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra aparıcılar 31 mart soyqırımı haqqında məlumat verdilər.Daha sonra məktəbin tarix müəllimi Hümmətov Nurəddin çıxış etdi.O bildirdi ki,ermənilər tarix boyu Azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olmuşdurlar və bunu zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımlarla nümayiş etdirmişdirlər.Lakin unutmamaq lazımdır ki,onlar bu cinayətləri təkbaşına etməmiş,hər zaman rus adlı himayəçisindən dəstək almışdırlar.1918-ci ilin martında törətdikləri soyqırımı zamanı da belə olmuşdur.
Daha sonra 8a sinif şagirdləri 31 mart soyqırımını əks etdirən səhnəciklər nümayiş etdirdilər.Əsmayənin ifasında Almas İdırımın "Əsir Azərbaycan" şeiri səsləndi.Tədbirin sonunda məktəb rəhbərliyi maraqlı və keyfiyyətli tədbir üçün Azərbaycan dili və ədəbiyyat müəllimi Nağılı Laləyə və şagirdlərə təşəkkür etdi.