Novruz sevinci

   Martın 17-də 321 nömrəli tam orta məktəbdə Novruz bayramı tədbiri keçirildi.Müəllim və şagirdlərin qatıldığı bayram şənliyində böyük sevinc,coşqu müşahidə olunurdu.Tədbirin keçirilməsində əsas məqsəd milli adət-ənənələrimizin,milli mənəvi dəyərlərimizin  gənc nəslə təbliğ olunması idi.Milli geyimli qızlarımızın rəqsi,Bahar qızının gəlişi, Keçəl və Kosanın məzəli oyunu,yumurta döyüşü, analarımızın yuxa yayması,samovar çayının ətri-Novruz şənliyini daha da yaddaqalan etdi.Bayram tonqalının qalanması isə hamıda Vətənimizin,Odlar diyarımızın ocağının heç zaman sönməyəcəyinə inamımızı alovlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi