"Şəhidlər ölməz,vətən bölünməz"adlı yürüş

Sentyabrın 27-də şagirdlərimizlə birlikdə Şəhid məzunumuz Ələddin Xəlilovun ev-muzeyinə doğru yürüş etdik.Hərbi rəhbər Azər Verdiyevin başçılığı ilə Müəllim Qəniyeva Lamiyə və onun 8a sinfi,müəllim Mehdiyeva Səbinə və onun 3a sinfi,müəllim Manafova Seymurə və onun 2b sinif şagirdləri şəhidimizin doğulub böyüdüyü evə doğru "Şəhidlər ölməz,vətən bölünməz"şüarını səsləndirərək yürüş etdilər.Şəhidin ev muzeyində şagirdlər böyük maraqla və hörmətlə  bir vaxtlar onun istifadə etdiyi əşyalarına baxdılar, müxtəlif şəkillərinə tamaşa etdilər.Hərbi rəhbər A.Verdiyev Ələddinin şəhid olduğu Suqovuşan haqqında məlumat verdi.Bildirdi ki, Suqovuşan döyüşü 2-ci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş. vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi