Anım Gününü qeyd edirik
Sentyabrın 27-də 321 nömrəli tam orta məktəb öz yeni gününə Vətən müharibəsi şəhidlərinin anım gününü qeyd edərək başladı.Dövlət himnimiz səsləndikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin hərbi rəhbəri ,Vətən müharibəsinin cəsur iştirakçısı Azər Verdiyev şagirdlərə bizi Böyük Qələbəyə aparan 27 sentyabr tarixinin əhəmiyyətindən,xalqın qəlbində tutduğu yerdən danışdı.Vətənpərvər mahnıların sədaları altında siniflərə yollanan şagirdlər şəhidlər üçün ayrılmış guşəyə qərənfillər qoydular.