METODBİRLƏŞMƏ RƏHBƏRLƏRİ İLƏ İCLAS KEÇİRİLDİ.
28.12.2024-cü il tarixində məktəbin kitabxanasında metodbirləşmə rəhbərləri ilə iclas keçirildi. İclasın gündəliyində duran məsələlər aşağıdakılardır:
1. Metodbirləşmə rəhbərlərinin fəaliyyəti barədə
2. Birinci yarımil üzrə qiymətləndirmənin keçirilməsinə hazırlıq
3. IV-XI siniflərdə Azərbaycan dili , riyaziyyat və ingilis dili fənləri üzrə online qiymətləndirilmənin keçirilməsinin təşkili
4. MS TEAMS platforması barədə
5. Keçirilən monitorinqlər barədə
Məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Zamanov Qafur çıxış edərək bsq-1 hazırlıq səviyyəsi barədə məlumat verdi. Metodbirləşmə rəhbərlərindən Qocayeva Günel, Məmmədova Ülviyyə, Mahmudova Leylaxanım hazırlanan bsq vasitələri barədə danışdı. Qərara alındı ki, Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə 20 sual , digər fənlər üzrə 16 sual olmaqla test tapşırığı üzərində standart , mənbə, bal və səviyyə göstərilməklə iki nüxsədə ( digər nüxsədə yalnız bal göstərilir) hazırlansın. 29.12.2024-cü il tarixində direktor müavini Zamanov Qafur müəllimə təhvil verilsin.
Qeyd edək ki, bsq.nin online təşkili üzrə məsul şəxs direktor müavini Z. Qafur müəllim, digər əyani təşkili üzrə isə direktor müavinləri Əlirzayeva Ofelya və İmranova Aynurə təyin edilmişdir.