Psixoloqun" Ümumdünya Psixi Sağlamlıq Günü" təlimi

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

Psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyil. Belə pozuntuları olmayan bir çox insanların da psixi problemləri var. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. Bu mənada psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır. İnsanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur.

Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu Gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.   Elə bu məqsədlədə məktəbin psixoloqu M.Əfsanə  şagirdlərlə marifləndirici təlim keçmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi