Psixoloqun" Təhlükəsiz informasiya axtarışı" adlı IX siniflə təlimi.

İnterneti çox zaman böyük informasiya yolu adlandırırlar, çünki o, bütün dünya boyu sonsuz miqdarda kompüterləri və onların istifadəçilərini birləşdirir. Biz internetdən bir çox məqsədlər üçün istifadə edirik: tədqiqat, ünsiyyət, alış-veriş, əyləncə və s. Son vaxtlar internet daha tez-tez informasiya mənbəyi kimi istifadə olunur. Lakin çox vacibdir ki, informasiya dəqiq, mötəbər, yoxlanılmış olsun, insanların psixikasına əks-təsir göstərməsin. Vəziyyət isə belədir ki, bu gün praktik olaraq hər bir istifadəçi internetdə hər nə istəsə yerləşdirə bilər. Bu məqamın mənfi tərəfi odur ki, qeyri-səhih, etik normalara uyğun olmayan informasiyanın qarşısını almaq mümkün olmur. Hərdən insanlar yanılaraq hesab edirlər ki, internet səhifələrində yerləşdirilmiş informasiya ən müasir, qiymətli və düzgündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi