2024-2025-ci tədris ili üzrə məktəb pedaqoji şurasının ilk iclası keçirildi

Iclasda Pedaqoji Şura sədrinin və katibinin seçilməsi, məktəbin və Pedaqoji Şuranın illik fəaliyyət planının təsdiq edilməsi, məktəbin nizam-intizam qaydalarının  və iş rejiminin müəyyənləşdirilməsi, müəllimlərin etik davranış qaydaları, direktor müavinlərinin, kitabxana müdiri, UBR və psixoloqun 2024-2025-ci tədris ili üçün vəzifə funksiyalarının və fəaliyyət planlarının təsdiqi, 
2023-2024-cü tədris ilinin yekunları barədə hesabat,
2024-2025-ci tədris ilində qarşıda duran məsələlər, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə Azərbaycan Respublikasının elm və təhsil nazirinin 28 avqust 2024-cü il  3-29/3-2-411F/2024 nömrəli əmri, şagirdlərin dərsliklərlə təminatı, siniflərin komplektləşdirilməsi haqqında; I – XI siniflərə şagird qəbulu, I və X sinifin komplektləşdirilməsi, şagird qəbulu,
müəllimlərin həftəlik dərs yükünün, fənn metodbirləşmələri sədrlərinin, sinif rəhbərləri və dərnək rəhbərlərinin təyin edilməsi, tarifləşmə komissiyasının yaradılması haqqında,
şagird davranış qaydaları
yay tapşırığı alan şagirdin biliyinin qiymətləndirilməsi və sinifdən-sinfə keçirilməsi,
məktəbin yeni tədris ilində və il boyu psixoloji vəziyyətinin optimallaşdırılması və cari məsələlər müzakirə edildi. 
Pedaqoji şura iclasının sonunda yeni təyin olunan müəllimlər kollektivə təqdim edildi və yeni təyinat alan tarix fənn müəllimi Şəhriyar Hüseynov böyük qürur hissi ilə müəllim andını səsləndirdi.
Sonda yeni tədris ilinin başlanması ilə bağlı pedaqoji kollektivə  uğurlar  və yeni nailiyyətlər arzu edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi