2023-2024 – cü tədris ilinin yekununa dair Pedaqoji Şura iclası

27 iyun 2024 - cü ildə Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq Pedaqoji Şura iclası keçirildi. İclasda müəllim kollektivi və inzibati heyət iştirak etdi. Məktəbin direktoru Sevinc Niftiyeva çıxışı edərək   ilk öncə 21, 22  və 24 iyun tarixlərində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimləri təbrik etdi ,müsahibə mərhələsində onlara uğurlar arzuladı.
İclasın gündəliyində məsələlər- 2023/2024-cü tədris ilinin yekunları,  şagirdlərin göstərdiyi təlim nailiyyətlərinin nəticələri, il ərzində həyata keçirilən "Yaşıl dünya naminə həmrəylik ili", "Yeniləşən məktəb",Valideyn-müəllim-şagird üçbucağı” layihələri çərçivəsində görülən işlər, təlim-tərbiyə prosesinin və şagird davranış qaydalarının tətbiqi vəziyyəti barədə hesabatlar və çıxışlar dinlənildi. 2023-2024 cü tədris ilində məktəbdə tədris və təlim-tərbiyə prosesinin müvafiq əmr və təlimatlara uyğun təşkil olunduğu və bu istiqamətdə görülən işlər, şagirdlərin təlim nailiyyətləri, olimpiada nəticələri, tədris ili ərzində məktəbin qazandığı uğurlar barədə pedoqoji kollektivə ətraflı məlumat verildi. Məktəbin direktor müavinləri Ofelya Əlirzayeva, Qafur Zamanov   fəaliyyət planına uyğun görülən işlər, siniflərin nəticələri haqqında hesabat verdilər. Məktəbin uşaq birliyi təşkilatı rəhbəri Günel Alıyeva “Şagird Davranış Qaydaları”layihəsinin illik hesabatı haqqında və illik davamiyyət barədə məlumat verdi. 2023-2024- cü dərs ilinə dair hesabatlar dinlənildikdən sonra müəllimlərin fikir və təklifləri, qarşıda duran cari məsələlər müzakirə edildi. Sonda məktəb rəhbərliyi məktəbimizin bu il qazandığı uğurlar münasibəti ilə kollektivi təbrik etdi, müəllimlərə xoş istirahət arzuladı və 2023-2024-cü tədris ilinə yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi