BSQ 2-nin təşkili

II yarımil üzrə şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə VI siniflərdə BSQ 2 təşkil olundu. BSQ 2 məktəb rəhbərliyi tərəfindən rəqəmsal formada aparıldı. BSQ-nin təşkili üçün Təşkilat, Nəzarət, Yoxlama Komissiyaları yaradılmışdır.

Metodbirləşmə rəhbərləri tərəfindan test bankı yaradılmışdır Qiymətləndirmə vasitələri Azərbaycan dili, riyaziyyat, xarici dil fənnləri üzrə hər fənn üzrə 20 sual olmaqla tərtib edilib. Hər fənn üzrə qiymətləndirmə maksimal 100 bal olmaqla 4 çətinlik səviyyəsi nəzərə alınmaqla (20,30,30,20) hazırlanmışdır.

Qeyd edək ki, qiymətləndirmələrdən əvvəl məktəb rəhbərliyi tərəfindən aşağıdakı tədbirlər icra edilib: 

kompüterlərin işləkliyinin və internetə çıxışının olmasının, eyni zamanda Microsoft TEAMS proqramının kompüterlərə yüklənməsinin və istifadəyə hazır olmasının yoxlanılması;

Təhsilalanların istifadəçi adı, şifrəsi və ÜTİS kodunun işləkliyinin yoxlanması və Microsoft TEAMS proqram təminatından istifadəyə yararlı olması;

Qiymətləndirmədən əvvəl virtual sinif komandalarında bütün təhsilalanların qoşulduğunun və komanda elanlarını gördüklərinin yoxlanılması;

Növbəti sinfin prosesə rahat davam edə bilməsi üçün cari qiymətləndirmə bitdikdən sonra hər bir təhsilalanın öz Virtual Məktəb hesabından çıxış etdiyinin yoxlanılması;

Qiymətləndirmə prosesinə texniki dəstək göstərə biləcək şəxslərin müəyyənləşdirilməsi;

Azərbaycan Respublikasında təhsil alan xarici ölkə vətəndaşlarının Microsoft, TEAMS proqramında hesablarının işləkliyinin yoxlanılması və təmin edilməsi;

Rəqəmsal summativ qiymətləndirmə keçiriləcək fənlər üzrə tapşırıq blanklarının hazırlanması

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi