BSQ 2-nin təşkili

II yarımil üzrə şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə  X siniflərdə BSQ 2 təşkil olundu. BSQ 2 məktəb rəhbərliyi tərəfindən mərkəzləşdirilmiş formada aparıldı. BSQ-nin təşkili üçün Təşkilat, Nəzarət, Yoxlama Komissiyaları yaradılmışdır.
Metodbirləşmə rəhbərləri tərəfindan test bankı yaradılmış, sual kitabçaları hazırlanaraq çap edilmişdir. Qiymətləndirmə vasitələri adi siniflərdə Azərbaycan dili, riyaziyyat, xarici dil fənnləri, humanitar, texniki-təbiət  təmayül siniflərdə isə pedaqoji şuranın qərarı ilə əlavə olaraq tarix, biologiya fənnləri üzrə tərtib edilib. Hər fənn sual sayı 20, maksimal 100 bal olmaqla 4 çətinlik səviyyəsi nəzərə alınmaqla (20,30,30,20) hazırlanmışdır. Eyni zamanda məktəbdə 180 yerlik qiymətləndirilmə zalı ayrılmışdır. 

Qeyd edək ki, BŞTİ-nin qiymətləndirilmənin aparılması üçün təlimat məktubuna əsasən,  bsq IV-V-VI siniflərdə rəqəmsal, VII-XI siniflər üzrə isə mərkəzləşdirilmiş  formada keçiriləcək. BSQ cədvəli barədə şagirdlərə və valideynlərə məlumat verilib.

#fəalməktəb #virtualməktəb #qiymətləndirmə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi