28 May Müstəqillik Gününə həsr olunmuş "Azərbaycanın dövlətçilik ənənələri " mövzusunda elmi praktiki konfrans keçirildi

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı, Bakı şəhəri E. Şirəliyev adına 274 №-li tam orta məktəb və Bakı şəhəri 320 №-li tam orta məktəbin təşkilatçılığı ilə 22 may 2024-cü il tarixdə 320 №-li tam orta məktəbdə 28 May Müstəqillik Gününə həsr olunmuş "Azərbaycanın dövlətçilik ənənələri " mövzusunda elmi praktiki konfrans keçirildi. Konfransda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, YAP Qaradağ rayon təşkilatının təşkilatı işlər üzrə təlimatçısı Coşğun Şalyarov, Bakı şəhəri E. Şirəliyev adına 274 №-li tam orta məktəbin direktoru Nəriman Mürsəliyev və Bakı şəhəri 320 №-li tam orta məktəbin direktoru Sevinc Niftiyeva və hər iki məktəbin pedaqoji kollektivinin üzvləri iştirak etdi.

Konfrans rəsmi və bədii hissədən ibarət oldu.

Rəsmi hissədə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Sonra "Azərbaycanın dövlətçilik ənənələri " mövzusunda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən, Bakı şəhəri E. Şirəliyev adına 274 №-li tam orta məktəbin direktoru Nəriman Mürsəliyev, 274 nömrəli tam orta məktəbin tarix müəllimi Aqiyə Zaidova, 320 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar Şükürova çıxış etdilər.

Bədii hissədə Bakı şəhəri E. Şirəliyev adına 274 №-li tam orta məktəb və Bakı şəhəri 320 №-li tam orta məktəbin şagirdləri maraqlı ədəbi- bədii , musiqili kompozisiya ilə çıxış etdilər.

Elmi praktiki konfransın sonunda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 28 May Müstəqillik gününə həsr olunmuş konfrans barədə fikirlərini bildirərək belə konfransların təşkilinin əhəmiyyətinin vacib olduğunu xüsusi vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi