“Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı 320 və 274 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib.

Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva təqdimatla çıxış edərək, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər, mövcud qanunvericilik aktları barədə məktəblilərə məlumat verib. Bildirilib ki, yeniyetmələrin, gənclərin özlərinin də aktiv olmaları və cəmiyyətdə mövcud olan problemlərin həllinə biganə yanaşmamaları olduqca vacibdir.

Çıxış edən 320 nömrəli tam orta məktəbin direktoru Secinc Niftiyeva mövzunun əhəmiyyətini vurğulayaraq, maarifləndirici görüşlərin gənc nəslin yetişməsində önəmini qeyd ediblər.

Müzakirə formatında keçirilən görüşlərdə məktəblilər mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Sonda məktəblilərə videoroliklər nümayiş etdirilib.

 

#məktəb320 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi