MƏKTƏBİN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ KOMANDASI İLƏ GÖRÜŞ KEÇİRİLİB

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspektoru Qasımova  Leyla xanım və Hacıyeva Ləman xanım məktəb özünüqiymətləndirmə komandası ilə görüşüb. Dərs cədvəlinə uyğun müxtəlif dərs müşahidələri aparılıb. İnspektor Hacıyeva Ləman xanım və məktəbin özünüqiymətləndirmə komandasının üzvləri , direktor müavinləri ilə birlikdə dərslərdə iştirak edərək hər bir müəllimə  effektiv rəylər verildi. Sonra özünüqiymətləndirmə komandasının üzvləri dəyirmi masa ətrafında söhbət aparıldı. Qasımova Leyla xanım əvvəlcədən verilmiş tapşırıqların icrasını yoxladığını bildirdi. Müəllimlərə dərs dinləmələri və çərçivə sənədlə bağlı öz tövsiyələrini verdi. Dərslərin təhlili zamanı  verilən rəylərin obyektiv və effektiv olmasının vacibliyini vurğuladı, dərs müşahidələri və bütün heyət arasında komanda işini dəyərləndirdi. Bildirdi ki, problemlər və həll yolları üzərində işləmək üçün bütün komanda bir-biri ilə sıx əlaqədə olarsa, qısa zamanda da nəticə əldə etmək mümkündür. Təkrar dərs müşahidəsi aparılmalı , verilən tövsiyələrin icrası dəyərləndirilməli , irəliləyiş izlənməli və inkişaf üçün müvafiq addımlar atılmalıdır. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qafur Zamanov, Ofelya Əlirzayeva dərs müşahidələrinin effektiv təşkili yolları üçün müəllimlərə tez-tez tövsiyələr verdiyini, dərsləri dinlənilən müəllimlərə müşahidələrdən sonra faydalı məsləhətlər verildiyini deyərək   bu istiqamətdə fəaliyyətin daha da səmərəli olmasına çalışdıqlarını bildirdilər.

TKTA-nın inspektoru Qadımova Leyla xanım və Hacıyeva Ləman xanıma məktəb rəhbərliyi və özünüqiymətləndirmə komandasının üzvləri adından təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi