Dərs müşahidələri aparıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri, TDM-in direktor səlahiyyətlərini müvəqqəti icra edən Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin metodisti Səkinə Hüseynova , 274 nömrəli tam orta məktəbin direktoru Nəriman Mürsəliyevin Bakı şəhər 320 nömrəli tam orta məktəbdə idarəetmə heyəti, fənn metodbirləşmə rəhbərləri, pedaqoji heyətlə dəstək görüşü keçirmişdir. Görüşün əsas məqsədi müasir təlim strategiyalarının tədris prosesində tətbiqinə dair fəaliyyətlərin inkişafına töhfə verməkdən ibarətdir. Məktəbdə fənn metodbirləşmə rəhbərlərinin, direktor müavinlərinin və direktorun iştirakı ilə bir neçə dərs müşahidə edilmiş və dərsdinləmələrin nəticələri təhlil edilərək müəllimlərə effektiv rəylərlə yanaşı tövsiyələr, verilmişdir. Görüşdə 45 dəqiqənin düzgün təşkili istiqamətində vacib məqamlar vurğulandı. Müzakirələr zamanı müasir dərsin planlaşdırılması, qiymətləndirilməsi və səmərəli dərsin təşkilinə dair tələblərlə bağlı müəllimlərin sualları cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi