"Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" müsabiqəsinin rayon mərhələsi

Noyabrın 25-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Bakı şəhəri ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında "Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" müsabiqəsinin rayon mərhələsi keçirildi. Müsabiqədə bir çox rayon məktəblərinin şagirdləri Nəsimi irsi ilə bağlı təqdimatlar etdilər.
32 nömrəli məktəbin də IX sinif şagirdləri Ələkbərzadə Nərmin və Əliyeva Fidan  da bu müsabiqədə iştirak edirdilər. Onlar "Nəsimi yaradıcılığında təbiət tərənnümü "  və "Nəsimi yaradıcılığında humanist, ümumbəşəri ideyalar" mövzusunda təqdimat hazırlamışdılar. Təqdimat zamanı şagirdlərin hazırladıqları slaydlar da nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi