"Üçrəngli Bayrağım" adlı tədbir

M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 2 ç sinif şagirdləri sinif rəhbəri Xəyalə Mustafayevanın rəhbərliyi ilə 9 Noyabr Bayraq Gününə həsr olunmuş "Üçrəngli Bayrağım" adlı tədbir keçirtdilər. Tədbir Azərbaycan Dövlət Himni ile başladı. Sonra tədbirə böyük həvəslə hazırlaşan şagirdlər bayrağa aid şeirlər söyləyib, mahnılar oxudular. Rəqs nümunələri ilə də çıxış edən şagirdlər Müslüm Maqomayevin ifasında "Azərbaycan" mahnısı sədaları altında "Bayraq" rəqsini, "Neft daşları" mahnısının sədaları altında milli rəqs nümunələrini nümayiş etdirdilər. Şagirdlər bayrağa, vətənə olan sevgilərini öz şeirləri, mahnıları və rəqsləri ilə əks etdirirdilər.