"Bayraq sevgisi - Vətən sevgisidir" adlı tədbir

8 noyabr tarixində M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 9 Noyabr - Bayraq Günü münasibətilə milli vətənpər ruhda "Bayraq sevgisi - Vətən sevgisidir" adlı tədbir keçirildi. Tədbir məktəbin 2 d sinif şagirdləri və müəllimləri Selnurə Mirəliyevanın təşkilatçılığı ile hazırlanmışdı. Böyük sevinc hissi ilə tədbirə hazırlaşan şagirdlər çıxışları zamanı qeyd etdilər ki Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq hər bir insanın, hər bir millətin azadlıq simvoludur. Sonra vətənə və bayrağa olan sevgilərini şeirlərlə, ifa etdikləri mahnı və rəqs nümunələri ilə nümayiş etdirdilər. Sonda tarixi bayraqlarımızın nümayiş olunduğu videorolik təqdim olundu. Bu günümüzə qədər Azərbaycanın tarixi torpaqlarında hansı bayraqların dalğalandığı şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi